Britaniyalı səfir Füzuli ilə bağlı təəssüratlarını YAZDI
    • 17-10-2023, 21:20
    • 293

Britaniyalı səfir Füzuli ilə bağlı təəssüratlarını YAZDI

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Füzuliyə gedib.

 News24.az xəbər verir ki, o, bu barədə "X” hesabında paylaşım edib.

"Bu mənim Füzuliyə üçüncü səfərimdir. Axırıncı dəfə burada 7 ay əvvəl olmuşam və bu müddətdə çoxlu yenidənqurma işlərinin aparıldığını görürəm. Mən daha çox irəliləyiş görməyi və sakinlərin yeni həyatları ilə necə inteqrasiya olduqlarını görməyi səbirsizliklə gözləyirəm”, - o bildirib.