Səfir İsmayıllıda tufana düşdü - Sakinlər yardım etdi
    • 1-07-2023, 19:27
    • 241

Səfir İsmayıllıda tufana düşdü - Sakinlər yardım etdi

İsmayıllıda tufana düşən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld geyim və qida ilə təmin olunub.

News24.az​​​ xəbər verir ki, səfir bu barədə tviter hesabında yazaraq buradakı qonaqpərvərliyə heyran qalıb.

"İsmayıllıya ilk gəlişimi xüsusi edən insanlar: bələdçimiz Elvin, Lahıc orta məktəbinin direktoru Dadaş müəllim, Şamaxı Rəsədxanasını bizə göstərən astrofizik Vafiq və onun tufandan sonra bizi qida və geyimlə təmin edən ailəsi. Qonaqpərvər azərbaycanlılar”, - səfir sosial şəbəkə hesabında qeyd edib.