-
- 18-10-2023, 00:46
- 305
Xəstəxanın vurulmasına görə məsuliyyəti “İslami Cihad” qruplaşması daşıyır - İsrail Müdafiə Nazirliyi
Qəzza xəstəxanasında baş verən güclü partlayış Fələstin anklavından uğursuz raket atılması nəticəsində baş verib və buna görə “İslami Cihad” qruplaşması məsuliyyət daşıyır.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
“Müxtəlif mənbələrdən əldə etdiyimiz kəşfiyyat məlumatları göstərir ki, “İslami Cihad” qruplaşması Qəzzada xəstəxanaya uğursuz raket atışına görə məsuliyyət daşıyır”, - deyə məlumatda qeyd olunub.