-
- 18-10-2023, 10:52
- 350
Polis qardaşımı yandırıb külünü mənə göndərdilər - Zərəçəkmiş
Qardaşım Hidayət Rüstəmov polis nəfəri kimi Meşəli kəndinə ezam olunmuşdu. Dekabrın 24-də mənim qardaşımın külünü gətirdilər.
News24.az-ın məlumatına görə, bunu Yasamal rayon məhkəməsində Xocalının Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesində zərərçəkmiş Arzu Rüstəmov deyib. O bildirib ki, meyiti gətirən şəxslər dedilər ki, qardaşını yandırıblar: "Getdim gördüm ki yanmış avtomat, bir də bir az kül var. Dedilər ki, bu qardaşının külüdür. Buna ən yaxşı cəza asılmaqdır".
Samir Əli