İcra başçısı müavinini işdən çıxardı - FOTO
    • 18-10-2023, 15:46
    • 397

İcra başçısı müavinini işdən çıxardı - FOTO

Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini vəzifəsindən azad olunub. 

News24.az "Qaynarinfo"-ya istinadən xəbər verir ki, icra hakimiyyətinin başçısı Natiq Ağayevin müaviq əmri ilə Vəliyev İkram Sabir oğlu vəzifəsindən azad edilib.

İkram Vəliyev açıqlamasında vəzifəsindən azad olunmasını təsdiqləyib: 

"Bəli, öz istəyimlə məzuniyyətə getdim və sonradan vəzifədən azad edildim. Hazırda heç yerdə çalışmıram".