-
- 18-10-2023, 16:40
- 246
11 min müəllim çatışmazlığı var – Nazirdən SENSASİON AÇIQLAMA
Rusiya Baş Nazirinin müavini Golikova ölkədə 11 min müəllim çatışmazlığı olduğunu bildirib.
News24.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Golikova bu mövzunu Dövlət Dumasında keçirilən plenar iclasda şərh edib.
“Biz bununla bağlı müvafiq işlər görürük, o cümlədən "Zemstvo müəllimi" layihəsini həyata keçiririk. Layihə çərçivəsində artıq 5 min insan peşəyə cəlb olunub”.
Baş nazirin müavinin sözlərinə görə, professor-müəllim heyətinin əməyinin ödənilməsi sisteminin müasirləşdirilməsi prosesi də davam edir.
O qeyd edib ki, 2024-cü ildə bu məqsədlər üçün təxminən 72,4 milyard rubl nəzərdə tutulub.
Ülkər Abdurahmanlı