-
- 13-10-2023, 17:43
- 178
Məktəbə hücum edildi - Müəllim həyatını itirdi
Fransada məktəbdə bıçaqlanma hadisəsi nəticəsində bir müəllim ölüb, çoxlu sayda insan yaralanıb.
News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
Hadisə ölkənin şimalındakı Arras şəhərindəki Qambetta liseyində baş verib.
Hücumda həyatını itirən şəxsin fransız müəllimi olduğu və bədən tərbiyəsi müəlliminin isə bıçaqlanaraq yaralandığı bildirilib.
Hücum zamanı məktəbdəki şagirdlərə zərər dəyməyib.
Qeyd edək ki, hücumçu polis qrupları tərəfindən saxlanılıb.
Ülkər ABDURAHMANLI