Həkimin yaralıları müalicə edərkən eşitdiyi xəbər ŞOKA SALDI - FOTO
    • 18-10-2023, 16:59
    • 184

Həkimin yaralıları müalicə edərkən eşitdiyi xəbər ŞOKA SALDI - FOTO

İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına hücumundan sonra yaralıları müalicə edən həkim göz yaşlarını saxlaya bilməyib.

News24.az xəbər verir ki, bu barədə “Sondakika.com” məlumat yayıb.

Ən az 500 adamın həyatını itirdiyi hücumdan sonra bölgədən gələn görüntülər sarsıdıcıdır.

Yaralıları müalicə edən həkim acı xəbəri alıb gözyaşlarına hakim ola bilməyib.

Aldığı xəbərə görə, ailəsi də həmin qətliamda yaralanıb.

 Bu anların görüntüləri qısa zamanda sosial mediada trendə çevrilib.


Ülkər Abdurahmanlı