"Paşinyan Rusiyaya zərbə vurmaq üçün hər şeyi edir" - Moskvadan ÇAĞIRIŞ
    • 18-10-2023, 16:58
    • 370

"Paşinyan Rusiyaya zərbə vurmaq üçün hər şeyi edir" - Moskvadan ÇAĞIRIŞ

“Nikol Paşinyanın Avropa Parlamentində çıxışı Rusiya mətbuatına təsirsiz ötüşməyib. Xüsusilə səslənən anti-Rusiya tezisləri, güman edildiyi kimi, fəal müzakirələrə səbəb olub. Bir sıra rusiyalı analitiklər Paşinyanın Ermənistanın Avropa İttifaqı ilə istənilən əməkdaşlığı inkişaf etdirməyə hazır olması barədə bəyanatını dəyərləndiriblər. Onlar düşmən mövqe sərgiləyən Aİ-nin Rusiya hakimiyyətinə nifrət edərək, doqquz il ərzində Ukraynada rusları məhv etmək planlarına sponsorluq etdiyini bildirirlər”.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Əslində bu yolla Ermənistan özünü Rusiyanın düşmənləri ilə eyni səviyyəyə qoyur ki, bu da Kremldə düşünməyə əsas verməlidir. Bəzi analitiklər hesab edir ki, Paşinyanın çıxışı yerli KİV-də Ermənistanın yaxın gələcəkdə MDB və KTMT-dən çıxacağına işarə kimi qəbul edilsə də, hazırda Paşinyan belə bir addım atmayacaq, çünki bu, onun maraqlarına uyğun deyil. Başqa bir sual isə odur ki, Avropaya hər səfərində bu haqda söhbətlər, müzakirələr aparacaq, avropalıları məyus etməmək üçün bu mövzunu gündəmə gətirəcək. 

Paşinyanın Ermənistanı məhvə apardığını qeyd edən daha sərt mövqe tutanlar var. Bir qrup siyasi ekspert bəyan edir ki, Paşinyan Avropa Parlamentindəki çıxışı ilə mahiyyətcə Ermənistanı Ukraynanın Avropaya inteqrasiya yolu ilə aparmağa qərar verdiyinə işarə edib. Bununla belə, o, nə dərəcədə uğur qazanacaq və “Ukrayna taleyi” onsuz da çətin vəziyyətdə olan Ermənistan üçün fəlakətə çevrilməyəcək, bunu zaman göstərəcək. Onların yekdil fikri budur ki,Paşinyan Rusiyaya zərər vermək istəyir”, - nəşr qeyd edib.

Akqabay