-
- 18-10-2023, 18:05
- 242
"NATO bu ölkələrə hərbi baza yerləşdirəcək" - ŞOYQU
"NATO tezliklə öz bazalarını İsveç və Finlandiyada yerləşdirə bilər".
News24.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
O, bu barədə Belarus və Rusiya Federasiyasının müdafiə nazirliklərinin birgə kollegiyasının iclasında bildirib.
Şoyqu qeyd edib ki, son vaxtlar NATO-nun açıq düşmənçilik fəaliyyəti nəticəsində İttifaq dövlətinin sərhədlərinin perimetri boyunca vəziyyət kəskin şəkildə pisləşib. Xüsusilə, Finlandiyanın Şimali Atlantika Alyansına daxil olması və İsveçdə NATO ilə birgə tədbirlər keçirməsi əlavə gərginlik mənbəyi yaradıb.
“Yaxın gələcəkdə bu ölkələrin ərazisində koalisiya hərbi bazalarının və zərbə silahlarının yerləşdirilməsini istisna etmək olmaz”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, ötən ilin fevralından Şərqi Avropa və Baltikyanı ölkələrdə NATO qoşunlarının sayı iki dəfə yarım artaraq 30 min nəfəri keçib ki, onların da yarıdan çoxu ABŞ hərbçiləridir. “Bundan əlavə, NATO-nun şərq cinahında mütəmadi olaraq Rusiya və Belarusla hərbi münaqişə ssenariləri əsasında təlimlər keçirilir”, - Şoyqu bildirib.
Ayşən