Məktəblilər arasında DAVA: Bir şagird bıçaqlandı
    • 18-10-2023, 18:23
    • 533

Məktəblilər arasında DAVA: Bir şagird bıçaqlandı

Bu gün Marneuli şəhərində məktəblilər arasında dava baş verib.

News24.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə şəhərin 2 nömrəli məktəbində qeydə alınıb.

Məlumata əsasən, gənclər arasında yaranan mübahisədə şagirdlərdən biri digərini ayaq nahiyəsindən yaralayıb.

Faktla bağlı araşdırma başlayıb.

Aynurə