Bayden İsraili xəbərdar etdi: 11 sentyabr hadisəsindən sonra...
    • 18-10-2023, 18:46
    • 272

Bayden İsraili xəbərdar etdi: 11 sentyabr hadisəsindən sonra...

HƏMAS-ın 1400 nəfərin ölümü ilə nəticələnən 7 oktyabr hücumu miqyasına görə 11 sentyabr hücumuna bərabərdir.

News24.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden İsrail səfərini başa çatdırmazdan əvvəl mətbuata açıqlamasında deyib.

O, İsraili ABŞ-nin 11 sentyabr hadisəsindən sonra bir çox amerikalının baş verənlərdən hiddətləndiyi zaman etdiyi səhvləri etməməsi barədə xəbərdar edib.

“İsrail dövləti yəhudi xalqı üçün təhlükəsiz yer olmaq üçün yaranıb. Bu gün belə hiss olunmasa da... İsrail yenidən yəhudi xalqı üçün təhlükəsiz yer olmalıdır”, - Bayden qeyd edib.

“Fələstinlilərin böyük əksəriyyəti HƏMAS-a aid deyil. HƏMAS dinc sakinlərdən canlı qalxan kimi istifadə edir. Dünən Qəzzada xəstəxanada baş verən böyük insan itkisinə görə həm qəzəbləndim, həm də kədərləndim. Məlumatlara əsasən, bunun Qəzzada terror qruplaşmasının səhvən atdığı raketin nəticəsi olduğu görünür”, - ABŞ prezidenti əlavə edib.

Akqabay