İrandan növbəti xəbərdarlıq:
    • 19-10-2023, 11:35
    • 176

İrandan növbəti xəbərdarlıq: "Yeni oyunçular cəlb olunacaq"

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə telefon danışığında Fələstin və İsrail arasında münaqişəyə yeni oyunçuların cəlb oluna biləcəyi barədə xəbərdarlıq edib.

News24.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Onun sözlərinə görə, bu, İsrailin digər ölkələrin dəstəyi sayəsində baş verə bilər. 

“Sionist rejimin [İsrail] cinayətlərinin davam etməsi, onun birbaşa dəstəyi və digər dövlətlərdən yardımı vəziyyəti çətinləşdirir və arenaya yeni oyunçuların daxil olmasına səbəb ola bilər” , - Baqiri deyib.

Ayşən