-
- 19-10-2023, 11:43
- 188
Paşinyan müttəfiqlərini çevrilişdə günahlandırdı - Rusiya HƏRƏKƏTƏ KEÇDİ
“Paşinyan Zelenskinin yolu ilə gedir. Onlar Ermənistanı Moldova kimi başqa bir Ukraynaya çevirməyə çalışırlar”.
News24.az xəbər verir ki, bu sözləri TASS-a Moskvadakı yüksək rütbəli mənbə bildirib.
Rusiya dövlət agentliyi mənbəsinə istinadən yazıb ki, Moskva Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını tamamilə təxribat hesab edir.
Nikol Paşinyan Avropa Parlamentində çıxışında müttəfiq ölkələri tənqid edib. O bildirib ki, Ermənistanın təhlükəsizlik üzrə müttəfiqləri açıq şəkildə ölkədə demokratik hökuməti devirməyə çağırış ediblər. Paşinyan Ermənistanın müttəfiqlərini fəaliyyətsizlikdə, daha sonra isə hərbi və ya humanitar vəziyyətdən istifadə edərək ölkədə hakimiyyəti devirmək cəhdlərində ittiham edib.
O, həmçinin bəyan edib ki, Ermənistanın təhlükəsizlik sistemi sayılan KTMT və Ermənistan qarşısında təhlükəsizlik öhdəliyi olan dövlətlər Ermənistana kömək etməyib, onu tək qoyublar. Maraqlıdır ki, cəmi bir həftə əvvəl Nikol Paşinyan Rusiyaya sədaqət andı içərək vektorun dəyişdirilməsi ilə bağlı problem olmadığını açıq şəkildə vəd edib və indi Qərbə Ermənistanı qəbul etməsi üçün yalvarır.
TASS yazır ki, “Ermənistan Respublikası Aİ-nin mümkün hesab etdiyi qədər Avropa İttifaqına yaxınlaşmağa hazırdır”.
Siyasi-ictimai fəal dairələr Paşinyanın çıxışını tənqid edərək, Rusiyanın daha bir demarşı həzm etməyəcəyi və bunun Ermənistana və erməni xalqına ağır təsir göstərə biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Akqabay