Məşhur futbolçunun beyni SİLKƏLƏNDİ
    • 19-10-2023, 15:47
    • 189

Məşhur futbolçunun beyni SİLKƏLƏNDİ

"İndepente"nin (Argentina) baş məşqçisi Karlos Teves bədbəxt hadisə ilə üzləşib.

News24.az qol.az-a istinadən xəbər verir ki, o, evinin hamamında yıxılıb və başından xəsarət alıb. Huşunu itirən 39 yaşlı sabiq oyunçunu qızı xəstəxanaya aparıb. Mütəxəssisin başına 10 tikiş vurulduğu bildirilib. Tevesin beyin sarsıntısı keçirdiyi vurğulanıb.

Müayinələrdən sonra evinə qayıdan məşqçiyə dincəlmək tövsiyə olunub.

Qeyd edək ki, Tevesin bu gecə oynanılacaq "Barrakas Sentral"a qarşı matçda komandanın başında olub-olmayacağı bilinmir.