UEFA İsraillə bağlı QƏRARINI AÇIQLADI
    • 19-10-2023, 17:38
    • 165

UEFA İsraillə bağlı QƏRARINI AÇIQLADI

UEFA İcraiyyə Komitəsi növbəti bildirişə qədər İsraildə heç bir UEFA matçının keçirilməyəcəyinə qərar verib.

News24.az xəbər verir ki, bu barədə "Haberglobal" məlumat yayıb.

Münaqişələrin davam etdiyi bir vaxtda UEFA tərəfindən İsraildəki futbol matçlarının keçirilməyəcəyi ilə bağlı qərar qəbul edilib.

Bundan əlavə, UEFA Avropa Liqasının F qrupunda oktyabrın 26-da Cümə axşamı günü oynanılmalı olan “Vilyarreal” – “Makkabi Hayfa” matçı dekabrın 6-na təxirə salınıb.

Ülkər Abdurahmanlı