Bayden və Netanyahunu bu qədər sevindirən nədir? - FOTO
    • 18-10-2023, 14:00
    • 150

Bayden və Netanyahunu bu qədər sevindirən nədir? - FOTO

ABŞ prezidenti Co Bayden Qəzzada  xəstəxanaya edilən hücumdan sonra İsrailə səfər edib. 

News24.az xəbər verir ki, bu barədə "Sondakika.com" məlumat yayıb.

İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən hava limanında qarşılanan Baydenin yaşananlara rəğmən çox sevindiyi diqqətdən qaçmayıb.

Qətliamın bir nömrəli cavabdehi olan Netanyahunun ABŞ prezidentinə gülərək və səbirsizliklə cavab verdiyi görülüb.

Qeyd edək ki, 12 gündür Qəzzanı bombalayan İsrail dünən axşam saatlarında bölgədəki xəstəxanaya hücum edib. Qırğında 500 adam həyatını itirib və çox sayda yaralı var. 

Ülkər Abdurahmanlı