"Rəqabət orqanı çoxpartiyalı sistemə əsasən formalaşdırılsın..." - Deputat
    • 20-10-2023, 12:47
    • 187

"Rəqabət orqanı çoxpartiyalı sistemə əsasən formalaşdırılsın..." - Deputat

"Qələbəmizi  Ermənistanla müqayisədə daha güclü olan iqtisadiyyatımızın hesabına əldə etmişik".

News24.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev  deyib.

Rəqabət Məcəlləsindən danışan deputat təklif edib ki, rəqabət orqanı çoxpartiyalı sistemə əsasən formalaşdırılsın:

“Azərbaycanda iqtisadiyyatın əsas hissəsi dövlət nəzarəti altındadır. Haqsız rəqabətin formalarından biri elə  inhisarçı fəaliyyətdir. Bu da müzakirə etdiyimiz məcəllədə öz əksini tapmayıb. İlk öncə dövlətin mülkiyyətindəki müəssisələr özəlləşdirməyə çıxarılmalıdır. Bu sahədə elə bir islahat həyata keçirilməlidir ki, onların bazarda payı 35 %-dən çox olmasın”.

Fərid Azəri