Şimali Koreya ABŞ-ı hədələdi:
    • 28-07-2023, 12:02
    • 147

Şimali Koreya ABŞ-ı hədələdi: "Görünməmiş böhranla üzləşəcəklər"

"ABŞ Şimali Koreyaya qarşı nüvə silahından istifadə edərsə, görünməmiş böhranla üzləşəcək".

News24.az xəbər verir ki, bunu Şimali Koreyanın müdafiə naziri Kanq Soon Nam deyib.  

O, bu barədə Şimali Koreyada keçirilən bayram paradındakı çıxışında bildirib.

“ABŞ imperialistlərinin bizə qarşı nüvə silahından istifadə etdikdən sonra belə təhlükəsiz və sağlam qalacaqlarını düşünməsinlər.  Əgər Birləşmiş Ştatlar KXDR-ə qarşı silahlı qüvvələrdən istifadə etməyə çalışarsa, o zaman onlar ağlına belə gətirmədikləri və heç vaxt qarşılaşmadıqları böhrana dözməli olacaqlar”, - müdafizə naziri qeyd edib.
 
Qeyd edək ki, bundan əvvəl  Ağ Ev  ABŞ-ın nüvə silahı olan sualtı gəmisinin Cənubi Koreyada olduğu barədə məlumat vermişdi. 
 
Arzu