"Xocalı qatili" Rusiya səfirliyində GİZLƏNİR?
    • 20-10-2023, 17:24
    • 1 457

"Xocalı qatili" Rusiya səfirliyində GİZLƏNİR?

Xocalı qatili, azərbaycanlı dinc sakinlərə və əsirlərə qarşı xüsusi qəddarlığı ilə məşhur olan terrorçu Vitali Balasanyan şahid qismində dindirilmək üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

News24.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, “onun barəsində başlanmış cinayət işinə xitam verildiyi, oğluna qarşı da işin başlandığı” bildirilib. 

Yaxınları bildirib ki, Balasanyan onlarla əlaqə saxlamır, telefon zənglərinə belə cavab vermir. Onun ailəsi belə mülki azərbaycanlıların qatilinin nə işlə məşğul olduğunu və niyə gizləndiyini bilmirlər. 

“Hraparak” nəşrinin əməkdaşı bir müddət öncə Balasanyanı Rusiyanın Ermənistandakı səfirliyindən çıxarkən görüb. O, boz rəngli “Nissan” markalı avtomobilə əyləşərək ərazidən uzaqlaşıb.

Akqabay