İsraildə ölən rusların sayı ARTDI
    • 20-10-2023, 18:23
    • 207

İsraildə ölən rusların sayı ARTDI

Fələstin-İsrail münaqişəsi nəticəsində həlak olan Rusiya vətəndaşlarının sayı açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən sonra ölən Rusiya vətəndaşlarının sayı 20-yə yüksəlib, daha 7 nəfər itkin düşüb. Bu barədə Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov “İzvestiya”ya açıqlamasında bildirib.

Səfir Qəzza zolağında iki rusiyalının girov saxlanması ilə bağlı məlumatı da təsdiqləyib.

Ülkər Abdurahmanlı