“Qarabağ”da ciddi itki VİDEO
    • 21-10-2023, 01:01
    • 224

“Qarabağ”da ciddi itki VİDEO

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” ciddi itki ilə üzləşib.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Marko Yankoviç zədələnib. 

Bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov açıqlama verib. Təcrübəli mütəxəssisin sözlərinə görə, Yankoviç Monteneqro millisinin heyətində zədələnib. Bu səbəbdən o, 1-2 həftə komandadan kənarada qalacaq.

Bu isə 28 yaşlı futbolçunun Avroliqanın qrup mərhələsi çərçivəsində oktyabrın 26-da səfərdə “Bayer”ə qarşı keçirilən matçda iştirak etməyəcyi deməkdir.

Ətraflı RTV-də: