Telekanallara ayaq açan ÖZBƏK SERİALLARI
    • 7-05-2024, 21:30
    • 497

Telekanallara ayaq açan ÖZBƏK SERİALLARI

“O seriallara baxıb qıcıqlanmaqdansa, sağlam rəqabətə girib daha yaxşısını çəkmək lazımdır”.

News24.az bildirir ki, Yenicag.az-a açıqlamasında tanınmış aktyor Rəşat Kəsəmənli sualımızı belə cavablandırıb:

“Bu gün telekanalarımıza ayaq açan özbək seriallarının nümayişi bir çox yerli aktyor və rejissorlarımız tərəfindən qıcıqla qarşılanır.

Onlar hesab edir ki, bu seriallardansa, öz seriallrımızın efirdə nümayiş olunmalıdır.Buna sağlam rəqabət kimi yanaşmaq lazımdır. Əslində bu qədər serialları efirə buraxmaq lazım deyil, onlar arasında seçim edin, ən yaxşılarını nümayiş etdirmək lazımdır. Onda keyfiyyət də yüksək olar. Çünki bu gün elə seriallar var heç baxılası da deyil. Nə rejissor, nə də ssenari baxımından. Orada çəkilən “aktyorlar”ın sayı da peşəkar aktyorlardan qat-qat çoxdur. Buna görə də ortaya keyfiyyətli məhsulun çıxarılması nadir hallarda olur. Əgər bu gün özbək serialının yerli telekanallarımızda nümayişi kimdəsə qıcıq yaradırsa, demək ki, o serial keyfiyyətlidir.

Çünki tamaşaçısı da çoxdur, baxılır. O seriallara baxıb qıcıqlanmaqdansa, sağlam rəqabətə girib daha yaxşısını çəkmək lazımdır. Hər kəs gəlirindən daha çox məhsulunun keyfiyyətini düşünsə, o zaman qazanc da olacaq. Keyfiyyəti düşünən çox az sayda adam var. Peşəkarlara üstülük verilməldir.

Peşəkar rejissorların,peşəkar heyətin ərsəyə gətirdikləri serialları efirə buraxmaq lazımdır. O zaman öz yerli seriallarımız dünyanın ən öndə gedən serialları ilə də rəqabətə də girər.

Təbii ki, keyfiyyətli seriallarımız da var. Amma araşdırsanız görəcəksiz ki, keyfiyyətli, baxılan seriallar peşəkar rejissor və heyət tərəfindən ərsəyə gəlib.

Bir sözlə, keyfiyyətli məhsul istəyirsənsə, peşəkarlarla işləməlisən”.