Belçikanın baş naziri ədliyyə nazirinin istefasını təxirə salıb
    • 21-10-2023, 01:17
    • 136

Belçikanın baş naziri ədliyyə nazirinin istefasını təxirə salıb

Belçikanın Baş naziri Aleksandr de Kro krallığın ədliyyə naziri Vinsent Van Kukenbornun istefaya göndərilməsi qərarını təxirə salıb.

News24.az xəbər verir ki, Belçikanın baş naziri bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Mən Van Kukkenbornun qərarını qeydə aldım və onun siyasi cəsarətinə hörmətlə yanaşıram. Bu məsələyə tam aydınlıq gətirmək üçün mən sabah Krallığın Təhlükəsizlik Şurasının daxili işlər nazirinin, baş prokurorun və federal polisin baş komissarının iştirakı ilə iclas çağırıram”, - Aleksandr de Kro qeyd edib.