Türkiyədə dəhşətli qəza - Avtobus tankerlə toqquşdu
    • 21-10-2023, 11:26
    • 323

Türkiyədə dəhşətli qəza - Avtobus tankerlə toqquşdu

Türkiyədə işçiləri daşıyan mikroavtobus və yanacaq tankeri toqquşub.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Kayseridə kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusla yanacaq daşıyan tankerin toqquşması nəticəsində 15 nəfər xəsarət alıb. 

Hadisə Yeşilhisar rayonunun Çadırkaya məhəlləsində baş verib.

Yaralılardan 15-i təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb.

Ülkər Abdurahmanlı