Bakıda azyaşlı evdə faciəvi şəkildə ÖLDÜ
    • 21-10-2023, 12:42
    • 1 529

Bakıda azyaşlı evdə faciəvi şəkildə ÖLDÜ

Azyaşlının ehtiyatsızlıqdan almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Nəsimi rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, oktyabrın 14-də 2012-ci il təvəllüdlü Abdulla Əlizadənin Nəsimi rayonu, R.Behbudov küçəsində yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Abdulla Əlizadənin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazsindən tapdığı kustar üsulla dəmir materialdan hazırlanmış mənşəyi məlum olmayan qurğu ilə yaşadığı evin yataq otağında ehtiyatsız davranması səbəbindən açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.