Qəzza zolağına humanitar yardımın nəqli MƏHDUDLAŞACAQ
    • 21-10-2023, 15:55
    • 224

Qəzza zolağına humanitar yardımın nəqli MƏHDUDLAŞACAQ

Humanitar yardım yalnız Qəzza zolağının cənubuna çatdırılacaq.

News24.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hagari bildirib.

O, keçirilən brifinq zamanı əlavə edib ki, bu, bütün humanitar yüklərə aiddir. 

Qeyd edək ki, oktyabrın 21-də Misir humanitar yardımın çatdırılması üçün Rəfah keçidini açıb . Açılışdan dərhal sonra anklavın sakinləri üçün humanitar yardım daşıyan ilk yük maşınları Qəzza zolağına daxil olub. Sərhəddə 200-ə yaxın yük maşınının yığıldığı dəqiqləşdirilib. Lakin 20 yük maşını keçdikdən sonra keçid məntəqəsi bağlanıb.

Qumral