-
- 27-03-2019, 13:37
- 658
"Formula1"in keçiriləcəyi müddətdə yollarla bağlı AÇIQLAMA
“Formula 1 Azərbaycan Qran Prisi” çərçivəsində yolların hansı günlərdə bağlanacağı dəqiqləşməyib.
Bunu News24.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib. Onun sözlərinə görə, Bakı Şəhər Halqası kimi tanınan ərazi, yəni “Formula 1” keçirildiyi marşrut və ona bitişik yollar üzrə hərəkət tam dayandırılıb, istiqamət dəyişdiriləcək:
“Hələ ki, yarışın başlanılmasına xeyli vaxt var. Bu səbəbdən yolların hansı günlərdə bağlanacağı dəqiqləşməyib. Hazırda həmin yollarda müvafiq tədbirlər həyata keçirilir. Yarışın keçiriləcəyi yolların marşrut xətti Azadlıq meydanından başlayıb Neftçilər prospektindən, Puşkin, Xəqani, Bülbül, Zərifə Əliyeva, Əziz Əliyev, Qoşa Qala qapısı, İstiqlaliyət, Niyazi, Neftçilər küçələri və Azneft dairəsi üzrə olacaq. Bu küçələrə kəsişən və yaxın olan ərazilərdə avtomobillərin hərəkəti məhdudlaşacaq. Dörd ildir ki, biz bu təcrübəni toplamışıq. Bütün təhlükəsizlik tədbirlərini nəzərə alırıq. Dörd ildə müsbət göstəricilərimiz var. Heç bir narahatçılığımız da yoxdur”.
Sevinc YASİNQIZI