Keçid ləğv olunsa da piyadalar yenə də oradan keçir - VİDEO
    • 23-10-2023, 13:05
    • 184

Keçid ləğv olunsa da piyadalar yenə də oradan keçir - VİDEO

Bir neçə il əvvəl Əl Oyunları sarayanın qarşısına svetofor quraşdırılaraq hərəkət nizamlanan edilib. Həmin zaman piyadalar üçün nizamlanan keçid də təşkil edilib. Lakin yaxınlıqda yeraltı piyada keçidi olduğundan asfalt üzərində çəkilmiş piyada keçidi uğursuz hesab edilib. Bu səbəbdən həmin keçid sonradan ləğv edilib.

News24.az avtosfer.az-a istinadən xəbər verir ki, piyadalar adəti üzrə hərəkət etməyi davam etdirirlər. Bu isə yolda nəqliyyatın ləngiməsinə səbəb olur.

Piyadalara tövsiyə edirik ki, yolu digər istiqamətə keçmək üçün qarşıdakı yeraltı piyada keçidindən istifadə etsinlər. Bu zaman həm yolda sıxlıq aradan qalxmış olar, həm də qarşı yolu təhlükəsiz şəkildə keçmiş olarlar.