“Hizbullah” hansı hərbi gücə malikdir? - RƏQƏMLƏR
    • 23-10-2023, 15:52
    • 169

“Hizbullah” hansı hərbi gücə malikdir? - RƏQƏMLƏR

İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutu (INSS) “Hizbullah” qruplaşmasının hərbi gücünə dair məlumatları dərc edib.

News24.az xəbər verir ki, “The Jerusalem Post” qəzetində dərc olunan hesabata görə, “Hizbullah” sıralarında 50-100 min yaraqlı var. 

Qruplaşmanın hücum xarakterli raket arsenalı 150-200 min döyüş başlığından, o cümlədən yüzlərlə yüksək dəqiqlikli zərbə başlıqlarından ibarətdir.

INSS bildirir ki, “Hizbullah”ın 40 000 ədəd 15-20 km-lik qısa mənzilli raketləri, 80 000 ədəd orta və uzun mənzilli raketləri, o cümlədən “Fəcr” 3 və 5 tipli raketləri, həmçinin 30 000 ədəd 200-300 km mənzilli raket var. Qrup Suriyadan 700 km mənzilli məhdud sayda “Scud” C və D raketləri alıb.

Eyni zamanda, “Hizbullah”ın arsenalında GPS məlumatlarına əsaslanan dəqiq naviqasiya sistemi ilə təchiz edilmiş və əhəmiyyətli dağıntılara səbəb ola biləcək təxminən 500 kq partlayıcı material daşıyan bir neçə yüz “Fatah” 110 raketi var. Qruplaşma həmçinin yüksək keyfiyyətli yer-hava tipli Çin C802 və Rusiyanın “Yahont” raketlərinə, müasir tank əleyhinə raketlərə, gəmi və helikopterləri vura bilən zenit raketlərinə malikdir. 

INSS həmçinin qeyd edib ki, “Hizbullah”a məxsus pilotsuz təyyarələrin əksəriyyəti öz istehsalıdır və hücum və kəşfiyyat tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. Onların məsafəsi 400 km-dir. 

Akqabay