Süni intellekt xərçəng xəstələrinin qalan ömrünü HESABLADI
    • 23-10-2023, 16:32
    • 274

Süni intellekt xərçəng xəstələrinin qalan ömrünü HESABLADI

ABŞ-da tədqiqatçılar xərçəng diaqnozu qoyulmuş xəstələrin qalan ömrünü proqnozlaşdırmaq üçün süni intellektə əsaslanan aparat hazırlayıblar. Alimlər 400 min müxtəlif xərçəng növü olan insanın müayinə olunduğunu və süni intellektin xəstələrin qalan ömrünü çox dəqiq proqnozlaşdırdığını bildiriblər.

News24.az xəbər verir ki, bu barədə “Sondakika.com” məlumat yayıb.

ABŞ-ın İllinoys ştatındakı Northwestern Universiteti Tibb Mərkəzindən tədqiqatçılar 2015-2017-ci illər arasında xərçəng diaqnozu qoyulmuş təxminən 260 min döş, 77 min tiroid və 85 min mədəaltı vəzi xərçəngi xəstəsindən əldə edilən məlumatları araşdırıblar.

Araşdırmanı aparan Lauren Jançevski süni intellektin məlumatları dəqiqliklə araşdırdığını və xərçəng xəstələrinin ömrünü hesabladığını açıqlayıb.

Qeyd edək ki, tədqiqatın nəticələri "Amerika Cərrahlar Kolleci  2023 Klinik Konqresi"ndə təqdim olunub.

Ülkər Abdurahmanlı