-
- 23-10-2023, 22:26
- 263
İsveç Baş naziri Türkiyə Prezidentinə təşəkkür edib
İsveçin Baş naziri Ulf Kristersson İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu parlamentə təqdim etdiyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
News24.az xəbər verir ki, bu barədə isveçli Baş nazir “X” sosial şəbəkəsində yazıb.
“Prezident Ərdoğanın İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu imzalamasını və onu Türkiyə Böyük Millət Məclisinə təqdim etməsini alqışlayırıq. Artıq parlament prosedurları başlayacaq. NATO-ya üzv olmağı səbirsizliklə gözləyirik”, - İsveç Baş naziri paylaşımında vurğulayıb.