Baş nazir polislərlə bağlı qərara DƏYİŞİKLİK ETDİ
    • 24-10-2023, 17:26
    • 88

Baş nazir polislərlə bağlı qərara DƏYİŞİKLİK ETDİ

Baş nazir Əli Əsədov “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

News24.az xəbər verir ki, sözügedən qərarın 1.3-cü bəndində “Polis Akademiyasının” sözləri “xüsusi təyinatlı təhsil müəssisələrinin əməkdaşı olan” sözləri ilə əvəz edilib.