-
- Bu gün, 15:45
- 143
Depressiyadan çıxmaq üçün neçə addım atmalıyıq?
100 min böyükləri araşdıran genişmiqyaslı bir araşdırma, müntəzəm gəzməyin daha yaxşı psixi sağlamlıqla birbaşa əlaqəli olduğunu müəyyən edib.
News24.az xəbər verir ki, Jama Network Open jurnalında dərc edilən araşdırmada gündəlik gəzintilərin əhval-ruhiyyəyə təsiri təhlil edilib. Mütəxəssislər, addım atmağın ürək sağlamlığı və uzunömürlülüklə əlaqəli olduğunu, lakin bunun depressiya ilə əlaqəsi ilə bağlı daha əvvəl heç bir araşdırma aparılmadığını bildirib.
Araşdırmanın nəticələrinə görə, gündə 5 mindən az addım atmaq depressiya riskini artırır. 7500 addım atan insanlarda depressiya riski 42% azalır.
Məşq və sağlamlıq fiziologiyası mütəxəssisi Lindsay Bottoms Daily Mail-ə verdiyi açıqlamada 10 min addım hədəfi ilə məşğul olmağın yanlış olduğunu müdafiə edib. Araşdırmalar ortaya çıxarıb ki, gündə 10 min addım atmaq sağlamlıq üçün zərurət deyil, əksinə 4 min 400 addım atmaq belə ömrü uzata bilər.
Professor Tom Yates, orta fiziki fəaliyyətin vaxtından əvvəl ölüm riskini azaltmaqda çox təsirli olduğunu, lakin bu səviyyənin xaricində böyük bir fərq yaratmayacağını ifadə edərək, “Dəlillər göstərir ki, gündə 8 min addım sağlamlıq üçün faydalı bir hədddir".
Günel Məlikzadə