Sərxoş ana iki aylıq körpəsini öldürdü
    • 28-03-2019, 12:10
    • 1 128

Sərxoş ana iki aylıq körpəsini öldürdü

Rusiyanın Mojqa şəhər sakini 18 yaşlı qadın ehtiyatsızlıq üzündən 2 aylıq oğlan körpəsinin ölümünə səbəb olub.

News24.az
Rusiya mətbuatına istinadən xəbər verir ki, evə sərxoş gələn ana çarpayıda yatan övladının yanına uzanıb və yuxuya gedib. Səhər oyandıqda isə körpənin öldüyünün şahidi olub.

Tibbi-məhkəmə ekspertinin rəyinə görə körpənin ölümünə səbəb mekaniki asfiksiyadan nəfəs yolunun bağlanması olub. 

Göz altına alınan ana günahını etiraf edib. Qadını 2 il müddətinə həbs cəzası gözləyir.