Paşinyan Ermənistanı dəhlizə çevirəcək, Zəngəzur isə... - Şarmazanov
    • 25-10-2023, 12:02
    • 250

Paşinyan Ermənistanı dəhlizə çevirəcək, Zəngəzur isə... - Şarmazanov

“Nikol dəhliz vermir, amma Ermənistanı Türkiyə və Azərbaycan üçün dəhlizə çevirir”.

News24.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının idarə heyətinin üzvü Eduard Şarmazanov deyib

O qeyd edib ki, Ermənistanın “ciddi” regional amil olması bir neçə şəraitlə bağlı idi: “Birincisi, Qarabağ idi. İkincisi, Zəngəzurun (Sünik) mövcudluğu ilə Ermənistan-İran sərhədi və Azərbaycanı Naxçıvandan ayrı saxlamaq üçün ərazi. Üçüncüsü, Ermənistan atom elektrik stansiyası ilə. Dördüncüsü, Ermənistanda 102-ci rus hərbi bazasının olması ilə.

Artıq Qarabağ məsələsi Ermənistan üçün bitib, Zəngəzur ciddi təhlükə altındadır, Ermənistan-Rusiya münasibətlərinin pisləşməsi səbəbindən AES bağlanmaq təhlükəsi ilə üz-üzə qalacaq, Rusiya hərbi bazası yaxında ölkədən çıxarılacaq.

Bu ssenari nəticəsində Ermənistan Türkiyə və Azərbaycana dəhliz verməyəcək, özü Türkiyə-Azərbaycan dəhlizinə çevriləcək”.

Akqabay