-
- 25-08-2023, 18:36
- 593
Paşinyan Zəngəzurun verilməsini Bakıya təklif edib? - ŞOK İDDİA
“Nikol Paşinyan Zəngəzurun sülh yolu ilə verilməsini Azərbaycana təklif edib”.
News24.az xəbər verir ki, bu barədə erməni ekspert Avetis Babacanyanın geniş təhlilində qeyd edilib.
“Nikol Paşinyan sülh müqaviləsi ilə bağlı Ermənistanın yeni təkliflərini Azərbaycana təqdim etdiyini açıqladı. Bunun nədən ibarət olduğunu və yeni təkliflərin əvvəlkindən nə ilə fərqləndiyini, Ermənistanın niyə Azərbaycan üçün daha məqbul ola biləcək yeni təkliflərlə çıxış etməyə məcbur olduğunu açıqlamayıb. Ola bilsin ki, Paşinyan sülh gündəminin qələbəsi naminə Sünikin (Zəngəzur) sülh yolu ilə qaytarılmasını Azərbaycana təklif edib. Təsadüfi olmaya bilər ki, o, Sünikə (Zəngəzur) səfərindən dərhal sonra bu təkliflərdən danışır, yerindəcə yoxlayır və təhvil-təslim prosesinin böyük müqavimətlə üzləşməyəcəyinə əmin olur, xüsusən də bu, sülhün yekun qələbəsi naminə edilir”, - o qeyd edib.
Babacanyan bildirib ki, onda Paşinyanın Zəngəzurun sülh yolu ilə təhvil verilməsini Azərbaycana təklif edə biləcəyinə əsaslı şübhələr var:
"O, gözümüzün önündə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı, yəni bu o qədər də inanılmaz görünmür. Paşinyanın gələcək planları, sülh gündəmi ilə bağlı daha bir mühüm göstərici var. Söhbət Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesindən gedir. Türkiyə sərhədindən Eçmiədzinə (Üçkilsə) gedən yol artıq bir ildən çoxdur ki, tikilir. Ermənistan hökuməti Türkiyə sərhədində gömrük idarəsi və gömrük nəzarəti infrastrukturunun yaradılmasına yüz milyonlarla vəsait xərcləyir. Ermənistan-Türkiyə sərhədinin açılacağı, gömrük məntəqəsinin işləyəcəyi, yolun istismarı ilə bağlı dəqiq razılaşma olmasaydı, belə xərclər edərdimi? Söhbət sərhədin nə vaxt açılacağı və ya Ermənistandan hansı güzəştlər olacağı təqdirdə Türkiyə hakimiyyətinin sərhədin açılmasına icazə verməsidir. Türkiyə hakimiyyəti artıq bir neçə dəfə bəyan edib ki, Ermənistanla münasibətlərinin tənzimlənməsi Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə paraleldir, Ermənistan-Azərbaycan münasibətləri tənzimlənmədən Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi mümkün deyil.
Paşinyan Zəngəzurun verilməsini çox asanlıqla əsaslandıra bilər ki, bununla da Ermənistanın təhlükəsizliyi möhkəmlənir. Qapalı görüşlərdə Paşinyan hakimiyyətinin nümayəndələri deyirlər ki, ruslar gedəndən sonra Ermənistan ya fars, ya da türk nəzarət zonasına çevrilməlidir və onlar daha mütərəqqi, daha qərb, türk təsir zonasında yer almağa üstünlük veriblər. Paşinyan deyə bilər ki, Zəngəzuru Azərbaycanın nəzarətinə verməklə Ermənistan özünü mümkün İran təhlükəsindən sığortalayır”, - Avetis Babacanyan iddia edib.
Akqabay