Prezident “Diqlas”dakı yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında SƏRƏNCAM VERDİ
    • 28-03-2019, 15:34
    • 798

Prezident “Diqlas”dakı yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında SƏRƏNCAM VERDİ

Prezident İlham Əliyev “Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında” sərəncam imzalayıb.

News24.az
xəbər verir ki, sərəncama əsasən Nazirlər Kabinetinə Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiya yaratmaq, görülmüş işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.