-
- 26-10-2023, 16:36
- 264
SEVİNDİRİCİ XƏBƏR: Ölkədə bu çörəyin qiyməti ucuzlaşdı
Hazırda Azərbaycanın bəzi market şəbəkələrində çörəyin qiymətində ucuzlaşma olduğu ilə bağlı məlumat yayılıb. Belə ki, Araz supermarketdə 630 q-lıq 60 qəpiyə satılan zavod çörəyinin qiyməti 0.55 qəpik olub. Ucuzlaşmanın səbəbi hələ ki, dəqiq bilinmir.
News24.az xəbər verir ki, bununla bağlı Azərbaycanda yerləşən bəzi çörək zavodları ilə əlaqə saxladıq.
Bakıxanov çörək zavodunda Referans.az-a verilən açıqlamada da ucuzlaşma ilə bağlı məlumat öz təsdiqini tapıb.
“Çörəyin çəkisində heç bir dəyişiklik yoxdur, sadəcə qiymətdə endirim edilib. Həmçinin, Bazarstore marketlərində də çörəyin qiyməti endirilib”.
Bakıxanov çörək zavodundan təxminən 16:00-dan sonra daha dolğun və dəqiq məlumatın ictimaiyyətin diqqətinə çatdırılacağı da deyilib.
Binə çörək zavodundan isə ucuzlaşmanın onların zavodu ilə əlaqəli olmadığını, bunun marketin endirim kampaniyasının təşkili ilə əlaqəli ola biləcəyi qeyd olunub.