İranda düzgün geyinməyən kişilər də cərimələnəcək - FOTO
    • 26-10-2023, 18:31
    • 112

İranda düzgün geyinməyən kişilər də cərimələnəcək - FOTO

Qadın və Cəmiyyət Düşüncəsi analitik mərkəzinin rəhbəri Əbülfəzl İqbali televiziya proqramında “Hicab və Hiffət Qanunu” layihəsində geyim kodeksinə əməl etməyən kişilərin də cərimələnəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə yerli meətbuat məlumat yayıb.

Onun sözlərinə görə, kişilər üçün cərimə miqdarı isə 6-50 milyon tümən (243-2026 ₼ arasında) arasında müəyyən edilib. 

“Kişilərin hicabsızlığı qısa şalvarların və bədəni göstərən köynəklərin geyinməsi deməkdir”, - deyə, o, əlavə edib. 

Qanun layihəsində kişilərin düzgün geyinmədiyi ilə bağlı hüquq mütəxəssisi və jurnalist Ümid Səlimi deyib:

“Məsələn, küçədə velosiped sürən şəxs ayaqlarını göstərən şalvarla gəzirsə, hökumətə 24 milyon tüməndən (972 ₼) 50 milyon tümənə qədər cərimə ödəməlidir”.

Aynurə