"Qadın-kişi münasibətlərini tam qavramırlar" - Deputatdan SƏRT AÇIQLAMA
    • 27-10-2023, 12:55
    • 355

"Qadın-kişi münasibətlərini tam qavramırlar" - Deputatdan SƏRT AÇIQLAMA

“Ailənin təməli möhkəm dayaqlar üzərində - sevgi, məhəbbət, qarşılıqlı hörmət üzərində qurulmalıdır”.

Bu fikirləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Millət vəkili qeyd edib ki, indiki bəzi gənclər belə məsələlərə laqeyd münasibət bəsləyirlər:

“Onlar elə zənn edirlər ki, ailə oyuncaqdır, onu hər vaxt qurmaq, dağıtmaq, məhv etmək olar, ancaq dünyaya gətirdikləri uşaqların taleyini düşünmürlər. Məhz buna görə də bu gün internet tipli müəssisələrdə uşaqların sayı çoxalmaqdadır”. 

Deputat qeyd edib ki, belə məsələlərdə valideynlərin də günahı çoxdur:

“Son dövrlər azyaşlı qızların ərə verilməsi halları çoxalıb. Axı valideyn fikirləşməlidir ki, onun balası, onun övladı bu yaşda ailəni idarə edə bilməz! Onlar qadın-kişi münasibətlərini tam qavramır və buna hazır deyil. Məhz buna görə də anlayışların, münasibətlərin düzgün qurulmaması tez bir zamanda gənc ailələri dağıdır. Statistika göstərir ki, elə ailələr var ki, onun ömrü cəmi altı ay çəkib. Təbii ki, bu cür məsələlər valideynləri və cəmiyyəti ciddi düşündürməlidir. Unutmamalıdırlar ki, hər bir valideyn, hər bir ailə üçün dünyaya gələn uşaq, bir müqəddəslik, bir sevinc, bir gələcəkdir. Ona görə də valideynlər bu barədə ciddi düşünməlidir”.

Aynurə