"Beyt Hanun sakinləri su və yeməkdən məhrumdurlar"
    • 17-05-2024, 10:00
    • 194

"Beyt Hanun sakinləri su və yeməkdən məhrumdurlar"

Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada İsrailin Qəzza zolağının şimalında yerləşən Cibaliya Qaçqınlar Düşərgəsinə hücumları və bu hücumların bölgə sakinlərinin humanitar vəziyyətinə əks olunması müzakirə edilib.

News24.az xəbər verir ki, İsrail hərbi maşınlarının Beyt Hanundan sızıb, bölgəni mühasirəyə alıb. Onların Cibaliyanı işğal etdiyi və Beyt Hanun şəhərində minlərlə fələstinlidən onlarla zəng aldıqları vurğulanıb. Onların əsas həyat qaynaqlarından məhrum olduqları bildirilib. 

Bildirilib ki, hazırda Beyt Hanunda olan minlərlə fələstinli, Cibaliyaya hücumlardan sonra qida və su kimi həyati ehtiyaclarının heç birinə çata bilməyib.

Açıqlamada Beyt Hanun sakinlərinin şəhərdə tamamilə mühasirəyə alındığı, Cibəliyyə düşərgəsinin şərq tərəfində intensiv bombardmanlar nəticəsində bəzilərinin yaralandığı və burada sağlamlıq mərkəzinin olmadığı bildirilib. 

Günel Məlikzadə