Şahramanyan sükutu pozdu – Bütün sirləri AÇDI
    • 27-10-2023, 13:09
    • 382

Şahramanyan sükutu pozdu – Bütün sirləri AÇDI

Xəbər verdiyimiz kimi, Ermənistan mətbuatı Qarabağdaki ləğv edilən separatçı rejimin “sonuncu rəhbəri” Samvel Şahramanyanın İrəvanda yeni çıxışa hazırlaşdığını yazmışdı. Bildirilirdi ki, Şahramanyan yaxın günlərdə “susqunluğunu” pozacaq və hər şeyi açıqlayacaq.

News24.az xəbər verir ki, “Hraparak”ın yazdığına görə, Şahramanyan Qarabağdakı keçmiş separatçı rejimin “ictimai televiziya”sına müsahibə verib.

“Dünən Samvel Şahramanyanın susqunluq andını pozacağını və bir sıra məsələlərə aydınlıq gətirəcəyini yazmışdıq. Separatçıların “ictimai kanal”ı 19 sentyabr hərbi əməliyyatlarından bir neçə gün sonra fəaliyyətinin dayandırılmasına baxmayaraq, teleşirkətin “Facebook” səhifəsində sonuncu xəbər- Şahramanyanın müsahibəsinin anonsu sentyabrın 24-də yerləşdirilib. Şahramanyan da bu teleşirkətə müsahibə verib və onun çıxışı televiziyanın loqosu ilə yayımlanacaq”, - erməni KİV qeyd edib.

Müsahibənin yayım vaxtı açıqlanmayıb.

Nəşr daha əvvəl Şahramanyanın Babayandan fərqli olaraq Ermənistanın İctimai kanalında danışmayacağını yazmışdı: “Ona burada efir vaxtı verilməyib. O, sadəcə müsahibəsini dərc edəcək və hər şeyi - Qarabağdan çıxmamışdan öncə baş verənləri, aparılan danışıqlar, Ermənistana qayıdan erməni əhalisinin problemləri, o cümlədən, hansı problemlərin “ixtira edildiyini” açıqlayacaq”.

Akqabay