-
- 27-10-2023, 14:34
- 150
102 yaşlı kişi yanğında ÖLDÜ
Ordunun Altınordu rayonunda tək yaşayan 102 yaşlı şəxs evində çıxan yanğın nəticəsində vəfat edib.
News24.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb.
Məlumatda qeyd olunub ki, o elektrik sobasının aşması nəticəsində qismən yanan xalçanın tüstüsündən təsirlənərək dünyasını dəyişib.
Qohumları onunla əlaqə saxlaya bilməyiblər. Buna görə onun evinə gəldikdə Mustafa Danacını yataqda hərəkətsiz halda tapıblar.
Hadisə yerinə gələn təcili tibbi yardım maşınları Mustafa Danacının öldüyünü müəyyən edib.
Onun cəsədi Ordu Dövlət Xəstəxanasının morquna aparılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Ülkər Abdurahmanlı