Türkiyə Qəzzaya hərbi gəmi göndərir?
    • 28-10-2023, 02:04
    • 214

Türkiyə Qəzzaya hərbi gəmi göndərir?

Türkiyəyə məxsus hərbi gəminin Fələstin sahillərinə göndərilməsi yönündə yayılan xəbərlər həqiqətə uyğun deyil.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

“Sosial şəbəkələrdə yayılan kadrlarda ABŞ-ın Nimitz sinfinə məxsus USS Ronald Reyqan aviadaşıyıcısı və onun üzərində X-47B PUA-nın hərəkəti görünür. Bəzi hesablarda həmin görüntünün “Türkiyə hərbi gəmisi Fələstinə gedir” tipli cümlələrlə paylaşılması həqiqətə uyğun deyil”, - deyə bildirilib.