Abdullahiandan kritik açıqlama:
    • 28-10-2023, 10:51
    • 207

Abdullahiandan kritik açıqlama: "Yeni cəbhələr açılır"

Vaşinqtonun İsrailə tam dəstəyi ABŞ-a qarşı yeni cəbhələrin açılmasına səbəb ola bilər.

News24.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

"Birləşmiş Ştatlar başqalarına təmkin göstərməyi tövsiyə edir, lakin özü İsrailə tam dəstək verir. Əgər ABŞ etdiyi əməlləri etməyə davam edərsə, ABŞ-yə qarşı yeni cəbhələr açılacaq”.- o bildirib.

Nazir vurğulayıb ki, münaqişənin kəskinləşməsi Qəzza zolağının əhalisinin daha çox ölümünə səbəb olacaq və nəticədə: “bütün regionda vəziyyət nəzarətdən çıxa bilər. Yeni cəbhələrin açılması qaçılmazdır və bu, İsraili öz hərəkətlərindən peşman edəcək. Vəziyyət partlayış ərəfəsindədir. Hər şey mümkündür, istənilən cəbhə açıq ola bilər”.

Ayşən