Qəzzanın dünya ilə əlaqəsi KƏSİLDİ
    • 28-10-2023, 11:51
    • 113

Qəzzanın dünya ilə əlaqəsi KƏSİLDİ

İsrail Ordusu Qəzza zolağına hazırda ən şiddətli hava hücumları həyata keçirir. 

News24.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Fələstin Telekommunikasiya Şirkəti Qəzza zolağında stasionar, mobil telefon və internet rabitə xidmətlərinin tamamilə kəsildiyini açıqlayıb.

"Son bir saatda şiddətli bombardman Qəzzanı xarici dünyaya bağlayan bütün beynəlxalq kanalları məhv etdi. İsrailin işğal altındakı İordan çayının qərb sahili ilə xəttləri, qüllələri və şəbəkələri intensiv bombardmanı zamanı sabit xətt, simsiz və internet rabitə xidmətlərinin tamamilə məhv edib" , - şirkətin yaydığı məlumatda deyilir.

Aynurə