-
- 29-10-2023, 01:13
- 231
ABŞ-ın tələbi qəbul edilməzdir - İbrahim Rəisi
İran ABŞ-ın İsrail-Fələstin münaqişəsinə müdaxilə ilə bağlı xəbərdarlıqlarına əməl etməyəcək.
News24.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
“Vaşinqton bizdən təmkinli olmağı və Fələstin-İsrail münaqişəsinə qarışmamağı xahiş edir, eyni zamanda İsrailə geniş dəstək verir”, - İran prezidenti qeyd edib.
O vurğulayıb ki, belə bir vəziyyətdə İran tərəfi bu tələbi etibarsız hesab edir.