Sərxoş halda evlənən aktyor 4 gün sonra boşandı
    • 29-03-2019, 11:53
    • 1 228

Sərxoş halda evlənən aktyor 4 gün sonra boşandı

Məşhur Hollivud aktyoru Nikolas Keycin 4-cü evliliyi cəmi 4 gün çəkib.

News24.az qərb mediasına istinadən xəbər verir ki, aktyor 23 mart tarixində Las-Veqasda 23 yaşlı Erika Koyke ilə evlənib.

Toydan 4 gün sonra isə N.Keyc fikrini dəyişərək, həyat yoldaşından boşanıb. Cütlüyün toy günündə iştirak edən şahidlər, nikah zamanı aktyorun sərxoş olduğunu bildiriblər.

Sərxoş Nikolas Keyc toy günü Erika Koykenin keçmiş sevgilisinin narkodiller olduğunu və onun bütün pulunu əlindən alacağını sayıqlayıb.