-
- 29-10-2023, 12:22
- 228
Sidneydə 10 mindən çox insan Fələstin üçün küçələrə ÇIXDI - VİDEO
10 mindən çox insan Sidneyin Mərkəzində keçirilən mitinqə qatılaraq Qəzzada atəşkəsin elan olunması üçün real addımlar atılmasını tələb edib.
News24.az xəbər verir ki, Sidneyin mərkəzində yerləşən Hayd parkı Fələstin bayraqları ilə dolu idi. İnsanlar onları əllərində tutaraq və yağış paltarları kimi çiyinlərinə atdılar. "Fələstinə azadlıq", "ABŞ-ın rüsvayçılığı", " biz minlərlə və milyonlarla insanıq və hamımız fələstinliyik!", "Çaydan dənizə qədər Fələstin azad olacaq", - şüarlarını səsləndirərək aksiya iştirakçıları Qəzzada "soyqırımını dayandırmaq" və döyüş əməliyyatlarını dərhal saxlamaq çağırışları ilə plakatlar daşıyıblar.